Almaniyanın "bavariya" klubu futbolçusu David Alaba ilə müqavilə müddətini artırıb. Sportnet.az-ın "Bild" nəşrinə istinadən məlumatına görə, 23 yaşlı müdafiəçi 2021-ci ilədək Münhen klubunda çıxış edəcək.
Alabanın qazancı isə 7 milyon avrodan 11 milyon avroya qalxacaq.
Qeyd edək ki, Alabanın "Bavariya" ilə olan müqaviləsi 2018-ci ildə başa çatacaq.












































































