Türkiyə Futbol Federasiyası 14, 15 və 16 martda keçiriləcək ölkə daxili bütün futbol oyunlarında bir dəqiqəlik sükut olmasına qərar verib. Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi saytı açıqlama yayıb.
Bir dəqiqəlik sükut həm əsas, həm də həvəskar və digər futbol yarışlarına şamil olunacaq.
Qeyd edək ki, martın 13-də Ankaranın "Kızılay" meydanında törədilən terror nəticəsində 37 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.













































































