Türkiyənin "TV 8" kanalı milli komandanın oyunlarının yayım hüququnu alıb. Sportnet.az-ın məlumatına görə, tanınmış teleaparıcı Acun Ilıcalının sahibi olduğu kanal Türkiyə yığmasının İsveç və Avstriya ilə keçirəcəyi yoldaşlıq görüşünü yayımlayacaq.
İlk görüş müvafiq olaraq martın 24-ü, ikinci isə ayın 29-u keçiriləcək.
Qeyd edək ki, hər iki qarşılaşma Franada keçiriləcək AVRO-2016-ya hazırlıq məqsədi daşıyır.












































































