Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, M.Əhmədov barəsində seçilmiş ev dustaqlığı bir ay müddətinə artırılıb.
M.Əhmədovun vəkili Samir Abdullayev xəbəri təsdiqləyib.











































































