Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsinin rəsmi "Twitter" hesabından PSJ-nin futbolçusu Zlatan İbrahimoviçə cavab gəlib. Sportnet.az-ın məlumatına görə, rəsmi səhifədə paylaşılan açıqlamada İbranın zarafatının bəyənildiyi bildirilib.
"Sənin zarafatın mənim xoşuma gəldi. Buradan Parisin görüntüsünü mən də bəyənirəm. Lakin mən qülləyəm".
Qeyd edək ki, İbrahimoviç ölkə çempionatında "Trua" ilə keçirilmiş (9:0) oyundan sonra mövsüm sonunda PSJ ilə müqavilə müddətinin başa çatacağını və Eyfel qülləsinin yerində heykəli qoyulacağı təqdirdə komandada qalacağını deyib.