İtaliya milli komandasının baş məşqçi postuna əsas namizədlər açıqlanıb. "Gazzetta Dello Sport"a istinadən verdiyi məlumata görə, Antonio Konteni hazırda işsiz Fabio Kapello və ya "Bolonya"nın sükanı arxasında olan Roberto Donadoni əvəzləyə bilər.
Mümkün namizədlər siyahısında Klaudio Ranyeri ("Lester", İngiltərə), Campyero Ventura ("Torino") və İtaliya yığmasının sabiq futbolçusu Marko Materatsinin də adı hallanır.
Qeyd edək ki, Antonio Konte AVRO-2016-dan sonra İtaliya yığmasından ayrılaraq, klublardan birinə başçılıq edəcəyini bildirib. 46 yaşlı mütəxəssisin İngiltərənin "Çelsi" komandasının baş məşqçisi olacağı güman edilir.