
Vladimir Vayss Azərbaycan milli komandasının martın 26-da yoldaşlıq görüşündə üzləşəcəyi Qazaxıstan yığmasının baş məşqçisi postuna gəlişinin baş tutmamasından danışıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli slovakiyalı çalışdırıcı bu ölkənin futbol federasiyası ilə danışıqlar apardığını təsdiqləyib.
Vayss bunun müsbət nəticələnməməsinin səbəbini açıqlayıb: "Bəli, məni dekabda Qazaxıstan yığmasında işləməyə dəvət etdilər. Ancaq danışıqlar uzandı. Gürcüstan Futbol Federasiyası mənə növbəti təklifi etdi və razılaşdım”.
Qeyd edək ki, bugünlərdə Gürcüstan yığmasında baş məşqçi postunda Kaxaber Tsxadadzeni əvəzləyən Vladimir Vayssın son klubu Qazaxıstan "Kayrat”ı olub.