1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı futbolçu Türkiyə klubunun axırına çıxdı
Türkiyə yığmasının Azərbaycan əsilli futbolçusu Sərvət Çətinin keçmiş komandası "Mersin İdman Yurdu" ilə bağlı etdiyi şikayət müsbət dəyərləndirilib. Sportnet.az-ın məlumatına görə, klub tərəfindən göstərilən məbləğ futbolçuya ödənilmədiyi üçün icra məmurları bazada əmlakın müsadirəsi ilə bağlı işlər aparıb.
Məmurlar kluba məxsus Məcit Özcan İdman Kompleksində olan əşyaları dəyərləndirib. Klub prezidenti Hüseyn Çalışkan müsadirə işlərinin əvvəlki rəhbərliyin sabiq kapitana 1 milyon 200 min lirəlik çek verdiyini və bu məbləğin hələ də ödənilməməsi səbəbindən başladıldığını deyib.
Qeyd edək ki, Sərvət Çetin 2014-2015 mövsümündə "Mersin"lə anlaşıb və bir il bu komandada çıxış edib.