"Volfsburq"un futbolçusu Maks Kruze Almaniya yığmasının İngiltərə və İtaliya ilə yoldaşlıq oyunlarının iştirakçıları siyahısından kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, buna 28 yaşlı hücumçunun bütün gecəni Berlindəki gecə klublarından birində keçirməsi səbəb olub.
Kruze eyni zamanda, 25 min avro cərimələnib. Onu "Bild"in qadın reportyoru Cessika Pillatski tora salıb. 26 yaşlı xanım Kruzenin qarşısında rəqs edərək, onunla öz telefonu ilə şəkillər çəkdirib.
Baş məşqçi Yoahim Löv bildirib ki, komandasında yalnız peşəkarların olmasını istəyir: Bu, həm meydanda, həm də meydandan kənarda davranışa aiddir. Hazırda o, yalnız 2 oyunluq kənarlaşdırılıb".
Qeyd edək ki, Almaniya İngiltərə ilə martın 26-da, İtaliya ilə martın 29-da qarşılaşacaq. Bundestim DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.









































































