
Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. Sportnet.az-ın məlumatına görə, Rəhman Hacıyev millinin Antalyadakı təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Buna səbəb "Neftçi"nin yarımmüdafiəçisinin səhhətində yaranan problemdir. Rəhman milliyə xorvatiyalı hazırkı baş məşqçi Robert Prosineçkinin vaxtında cəlb olunub.