İspaniya La Liqasında "Vilyarreal"la matçda "Barselona"nın futbolçusu Lionel Messinin zərbəsindən sonra əli qırılan xanım azarkeş yerli mətbuata açıqlama verib. Sportnet.az-ın məlumatına görə, o argentinalını heç vaxt sevməyəcəyini deyib.
Zərərçəkən bildirib: "Mən "Real Madrid" azarkeşiyəm. Bundan sonra heç vaxt Messini sevməyəcəm. Təxminən bir ay əlim gipsdə qalacaq. Təsəvvür edin, "Barselona" məndən nə istədiyimi soruşur. Mən də "El Klassiko"ya bilet istəyirəm".
Qeyd edək ki, Kataloniya klubu xanım azarkeşə öz köməyini təklif edib və "Nou Kamp"da istədiyi bir matçı izləməyə dəvət edib.








































































