İraqın paytaxtı Bağdadın cənubundakı Bağdadda oyun zamanı partlayış törədilib. Sportnet.az-ın məlumatına görə, hadisə Asriye kəndində yerli futbol komandaları arasındakı matç bitdikdən sonra kubokun təqdim edildiyi vaxt baş verib.
Azarkeşlər arasına girən kamikadzenin özünü partlatması nəticəsində 29 nəfər ölüb, ən azı 60 nəfər isə xəsarət alıb. Terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.