Yoldaşlıq görüşündə hazırda davam edən Azərbaycan - Qazaxıstan matçında azarkeşlər millini tək buraxmayıb. Sportnet.az-ın məlumatına görə, tribunalarda hər iki yığmanın azarkeşləri yer alıb.
Azarkeşlər ölkələrinin bayrağı ilə öz dəstək şüarlarını səsləndirirlər.
Qeyd edək ki, hazırda Qazaxıstan 1:0 hesabı ilə qalib gəlir.










































































