1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksat Bayjanov: "Prinsipial qələbə qazandıq"
"Hər şey yaxşı alındı. Planlaşdırdığımız kimi, erkən qol vurduq". Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan yığmasının futbolçusu Maksat Bayjanov Azərbaycan millisini Türkiyənin Antalya bölgəsində 1:0 hesabı ilə yendikləri yoldaşlıq görüşündən sonra deyib.
Yeganə qolun müəllifi bildirib ki, oyun ağır alınıb. Amma onun fikrincə, ən əsası, komandası yaxşı çıxış edərək, qonşusu üzərində prinsipial qələbə qazanıb.
Bu, Karaqanda "Şaxtyor"unda çıxış edən 32 yaşlı yarımmüdafiəçinin millidə ilk qolu olub. Bayjanov bildirib ki, ilk qol həmişə yaddaqalan olur və bu da istisna deyil: "Şadam ki, qolum komandamıza qələbə gətirdi. Bu qolu ailəmə, əzizlərimə və yaxınlarıma həsr etmək istərdim. Komandamız isə qələbəni 29 yaşı tamamlanan keçmiş futbolçu Emil Kenjesariyevə həsr edir".
Qeyd edək ki, Maksat Bayjanov 8-ci dəqiqədə vurduğu qolla Qazaxıstan yığmasına qələbə qazandırıb.