Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsindən rəqiblərindən olan Şimali İrlandiya yığması yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, britaniyalılar az öncə başa çatan matçda Sloveniya yığmasına 1:0 hesabı ilə qalib gəliblər.
Belfastda "Uindzon Park” stadionunda keçirilən oyunda qələbə topunun müəllifi 41-ci dəqiqədə fərqlənən Konor Vaşinqton olub. Sloveniyalılar ikinci hissədə hesabı bərabərləşdirmək üçün əla fürsət qazanıblar. Ancaq Milivoe Novakoviç 66-cı dəqiqədə penaltidən dəqiq yararlana bilməyib.
Qeyd edək ki, Şimali İrlandiya yığması hazırda FİFA reytinqində 28-ci pillədə qərarlaşıb.








































































