1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İnfantino Blatterin qərarına qarşı çıxdı
Futbol üzrə 2030-cu il dünya çempionatı bir neçə ölkədə təşkil oluna bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA-nın yeni prezidenti Canni İnfantino Paraqvaya səfəri zamanı açıqlama verib.
C.İnfantino dünya çempionatlarının keçirilməyə başlamasının 100 illiyi münasibətilə bu ideyanı dəstəklədiyini bildirib. Mundiallardan birincisi 1930-cu ildə Uruqvayda təşkil edilib. Həmin vaxt təşkilatçı ölkə finalda Argentinanı 4:2 hesabı ilə yenərək, çempion olub. Hələlik yeganə müştərək dünya çempionatı isə 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutub. Həmin yarışdan sonra FİFA-nın əvvəlki prezidenti Yozef Blatter birgə təşkilatçılıqdan imtina etdiklərini açıqlayıb. Lakin ali futbol qurumunun yeni rəhbəri ilk mundialın finalçıları Uruqvayla Argentinanın DÇ-1930-a birgə ərizə verəcəklərinə inam ifadə edib.
Qeyd edək ki, UEFA artıq analoji addım atıb. İlk Avropa çempionatının 60 illiyi münasibətilə AVRO-2020-nin qarşılaşmaları qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil ediləcək. Canni İnfantino FİFA prezidenti seçilənədək UEFA-nın baş katibi olub.