1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-da yeni layihənin təqdimatı oldu
2016/2017 mövsümündən Azərbaycanda futbolla məşğul olan şəxslərin qeydiyyat prosesinin hər bir klub və ya oyunçu tərəfindən onlayn rejimdə həyata keçirilməsini nəzərdə tutan FİFA Connect proqramı tətbiq olunacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bununla əlaqədar mövsümə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbər şəxsləri (məşqçilər, klub nümayəndələri və s.) ilə görüşlər keçiriləcək.
FİFA Connect layihəsinin ilkin təqdimatı, dəyişən qeydiyyat qaydaları haqda məlumatın verilməsi, sənədlərin qeydiyyata daxil edilmə yerlərinin və tarixlərinin elan edilməsi məqsədilə bu gün AFFA-nın inzibati binasında ilk görüş təşkil olunub. Növbətin görüşün iyunda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2009-cu ilin yanvarından AFFA futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemini yaradıb.