Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər - E.İsmayılov, C.Məmmədov və S.Mustafayev son sözlə çıxış ediblər.
C.Məmmədov son sözündə dövlət ittihamçısının "əlbir olublar" sözlərinə etiraz edib: "Biz Bin Laden olmamışıq. Məhkəmədən haqq-ədalət gözləyirəm".
Proses sabah - aprelin 1-də davam etdiriləcək.








































































