UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsinin Arbitraj Palatası Bakı "İnter"indən əlavə, daha 2 klubu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, bunlar Ukrayna "Dnepr"i ilə Rumıniya "Tırqu-Mureş"idir.
Hər 3 komanda 2016-2017, 2017-2018 və ya 2018-2019 mövsümlərində Avropa kuboklarına vəsiqə qazanacağı təqdirdə, turnirə buraxılmayacaq. Qərarların tam mətni gələn həftə uefa.org saytında dərc olunacaq.
Qeyd edək ki, cəzaya səbəb klubların futbolçulara borcları vaxtında ödəməmələridir.








































































