1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövşən Hüseynli: "Oyun praktikamız azdır" - MÜSAHİBƏ
Azərbaycan futzal yığmasının qapıçısı Rövşən Hüseynlinin Sportnet.az-a müsahibəsi
- Tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanmağın sevinci hələ də qalır, yoxsa...
- Əlbəttə, hələ də qalır. Bu, tarixi ugurdur. Mənim üçün ikiqat sevindiricidir. Çünki həm mən ilk dəfə yığmada çıxış etdim, pay sahibi oldum, həm də Azərbaycan yigmasi ilk dəfə vəsiqə qazandı.
- Bəs baş məşqçi Tino Perezin istefası sevincinizi yarıda qoymadı?
- Ona uygunlaşmışdıq. Mənim uğurumda böyuk rolu olub. Həm də yaxşı insan idi.
- Öncədən ayrılacağını sizə demişdi?
- Xeyr. Bu haqda məlumatları rəhbərlik daha daha yaxşı bilər.
- Yəni, getmək istədiyini dair heç nə hiss etməmişdiz?
- Xeyr. Çünki biz futzalçıların işi ancaq məşq etmək və oyunlara ciddi hazırlaşmaqdır.
- AFFA və ya ölkə rəhbərliyi ilə görüşünüz nəzərdə tutulub?
- Bu haqda məlumatım yoxdur.
- Bəs mükafat barədə nə danışırlar?
- Onu rəhbərlikdən oyrənin. Bu haqda da fikirləşmirəm. Yıgmanın sərəfini qoruyuruqsa, əlimizdən gələni etmək borcumuzdur.
- Qapıçı kimi xüsusən Avropa çempionatında diqqət mərkəzində oldun. Hətta seyv sayında rekordçu sayıldın. Bu bacarıq səndə hardandır, kim öyrədib?
- (Gülür) Atamdan. Vaxtilə futzalla həvəskar səviyyədə məşğul olub. Hətta Zeynal Zeynalov, Vitali Borisov da atamla birgə oynayib. Məndə də həvəs var idi, oyunlarına aparırdı, öyrədirdi. Peşəkar məşğul olduqdan sonra isə Marat Salyanskinin böyük əməyi olub.
- "Məhsul" stadionunda məşq edirdiz?
- Uşaq vaxtı evdə. Böyüdükdə həm oyunlardan sonra, həm rayona istirahətə gedəndə. Şəhərdə "Məhsul"a məcburi qaçmaga gondərirdi.
- İbad dayı problem yaratmırdı?
- Hə, həmişəki kimi "Otluğa girmə, qıraqda qaç. Allah rəhmət eləsin. Çox tələbkar kişi idi.
- Hazırlıq dövründə oyun praktikası sarıdan əziyyət çəkmirdiniz? Niyə yoldaşlıq görüşlərində qüvvənizi sınamırdınız?
- Mənim oyun praktikam hələ də azdır. Çünki yigma komanda ilə cəmi 10 oyun keçirmişəm.
- Elə onu soruşuram ki, niyə çox oyun keçirmirsiniz?
- Bu, məşqçinin və rəhbərliyin qərarıdır. Bizim üzərimizə düşən var-gücümüzlə məşq etmək və oyunlara lazımı hazırlaşıb əlimizdən gələni etməkdir.
- Necə hesab edirsən: dünya çempionatına vəsiqə qazanmaqla kifayətlənməli, yoxsa daha da irəli getmək imkanları var?
- Əgər dünyanın 24 güclüsü sırasina düşmüşüksə, deməli, potensialimiz böyükdür. İmkanszı heç nə yoxdur. Bunun üçün qarşıdakı oyunlara ciddi hazırlaşmalı və bütün gücümüzü qoymalıyıq. Bunun üçün rəhbərlik də bizə hər cür imkan yaradır. Bizə qalan isə oynamaq ve yeni tarix yazmaqdır.
- Deyirsən ki, rəhbərlik bizə hər cür şərait yaradır. Amma hazırlıq dövründə bir yoldaşlıq görüşü də keçirmədiniz. Xaricdə toplanışda olmadınız. Hələ də mükafat almamısınız. Hər cür imkan dedikdə nəyi nəzərdə tutursan?
- Bu haqda danışmaq mənə düşməz.
- Axı özün dedin ki, hər cür şərait yaradılıb. Bəlkə biz bilmədiyimiz nə isə edirlər? Elədirsə, de, bizim də xəbərimiz olsun...
- Bu suallara cavabı məndən yox, rəhbərlikdən öyrənməlisiniz. Bizə hər bir şərait yaratmaları və hazırlıqların nəticəsi də göz qabağındadır.
- Yəni, hazırkı durum səni qane edir və hesab edirsiniz ki, belə də davam etsə, dünya çempionatında uğur əldə edəcəksiniz...
- Yigmanın formasını geyinib olkəmizin, bayrağımızın adını daşıyırıqsa, ugur uçün əlimizdən gələni etmək borcumuzdur.
- Bir oyunçu olaraq, yerli, yoxsa əcnəbi baş məşqçinin tərəfdarısınız?
- Mən oyunçuyam. İşim də məqş etmək, dünya çempionatına ciddi hazırlaşmaqdır.