Kosova Futbol Federasiyası UEFA üzvlüyünə daxil olub. Sportnet.az-ın məlumatına görə, bu qərar Macarıstanın paytaxtı Budepeştdə keçirilən UEFA Konqresindəki səsvermənin yekunlarına əsasən verilib.
Kosovanın üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib. 2 bülleten isə etibarsız sayılıb. Bununla da UEFA-ya üzv ölkələrin sayı 55-ə çatıb.
İndi Kosova Futbol Federasiyası FİFA üzvlüyünə qəbul olunması üçün ərizə verə və 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində iştirak edə bilər.