Türkiyəli FİFA hakimi Cüneyt Çakır idarə etdiyi "Bavariya" - "Atletiko" oyununda kobud səhvlə yol verib. Sportnet.az-ın məlumatına görə, təcrübəli referi meydan sahiblərinin qapıısna olmayan penaltini təyin edib.
Belə ki, həmin epizodda "Atletiko"nun hücumçusu Fernando Torresə qarşı kobudluq cərimə meydanında yox, ondan təxminən 1 metr kənarda olub. Ancaq Çakır qayda pozuntusunun "Bavariya"nın cərimə meydanının daxilində olduğuna qərar verib. Torresin penalti zərbəsini dəf edən "Bavariya"nın qapıçısı Manuel Noyer haqq-ədaləti bərpa edib.