1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hazırda Azərbaycanla oyun haqda düşünmürük"
Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatından öncə baş məşqçilərin mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan, Portuqaliya, Şotlandiya və Belçika yığmalarının baş məşqçiləri jurnalistlər önünə çıxıb.
Belçika yığmasının baş məşqçisi Terri Sikuet Şotlandiya ilə oyunun daha vacib olduğunu, bunə səbəb birinci görüşün məhz bu komandaya qarşı keçiriləcəyini deyib: "Azərbaycanla 3-cü oyunda qarşılaşacağıq. Hazırda bizim üçün daha vacib Şotlandiyadır. çünki ilk oyunumuz bu komandaya qarşıdır. Sabahkı oyundan sonra Azərbaycan haqda düşünəcəyik. İki dəfə seçmə mərhələdə birinci yer tutmuşuq. Bu dəfə isə bizim rəqiblərimiz çox fərqlidir".
Onun Portuqaliyadan olan həmkarı Helio Souza qitə turnirində iştirak etməyin böyük təzyiq olduğunu deyib: "İlk oyunumuz Azərbaycana qarşıdır. Hamı üçün bu çempionatda iştirak etmək böyük təzyiqdir. Rəqib yaxşı komandadır və bu oyunda yalnız qələbə haqda düşünürük. Bizim iki çox güclü və məhsuldar hücumçumuz var. Ancaq sabah stadionda olan atmosferdən çox şey asılıdır. Təbii ki, oyunçuların necə oynayacağı da burada bilinəcək. Biz 15-dən 17 yaşa qədər olan futbolçularla işləyirik. Məhsuldar komandamız var".
Şotlandiya yığmasının baş məşqçisi Skot Qemmill isə bütün hazırlıqların ilk oyuna - Belçikaya qarşı olduğunu bildirib: "Bizim bütün hazırlığımız birinci oyunadır. Bundan sonra Azərbaycanın 2 oyununu izləyib, analiz edəcəyik. Onlara uğurlar arzu edirəm".