
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının futbolçuları Avropa çempionatının final mərhələsində Portuqaliyaya 0:5 hesablı məğlubiyyətdən sonra mətbuatla ünsiyyət qurmayıblar. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, oyunçular matçdan sonra jurnalisitlərə açıqlama, müsahibə verməyiblər. Bu, baş məşqçi Təbriz Həsənovun icazə verməməyi ilə əlaqələndirilib.