1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Portuqaliyadan Təbriz Həsənova yenə eyni cəza
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması (U-17) portuqaliyalı həmyaşıdlarına yenə uduzub. Sportnet.az-ın məlumatına görə, bu ölkənin U-17 yığması ilə 3-cü matçımızda da qol vurmadan məğlub olduq. Budəfəki matç yığmamızın Avropa çempionatının final mərhələsində debütü idi və 0:5 hesablı məğlubiyyətlə nəticələndi.
Millimizin portuqaliyalılarla əvvəlki 2 görüşü Avropa çempionatının seçmə mərhələsində olub. 2010-cu ilin oktyabrın 22-də keçirilən matç 0:2 hesablı məğlubiyyətimizlə nəticələnib. Bu 2 ölkənin U-17 yığmaları ötən ilin martın 19-da isə Bakıda keçirilən qitə birinciliyinin elit-raund mərhələsi matçında üz-üzə gəldilər. Portuqaliya həmin vaxt da yığmamıza Bakıda böyük hesabla qalib gəlmişdi - 3:0. Onda U-17 yığmamızı çalışdıran Mirbağır İsayev məhz bu turnirdən sonra istefa verdi və baş məşqçi postuna Təbriz Həsənov keçdi.
Yeri gəlmişkən, bu mütəxəssis də ötən ilin martında Portuqaliya ilə üzləşib. Fərq ondadır ki, bu, U-16 yığmasında Portu şəhərində keçirilən beynəlxalq turnirdə olub. Maraqlıdır ki, Təbriz Həsənov onda da portuqaliyalılara 0:5 hesabı ilə uduzmuşdu. Həmin futbolçular indi U-17-də yer alıblar və darmadağın 1 yaş böyük yığmada təkrarlanıb. Düzdür, Tərbriz Həsənovun komandasının ilk 0:5-də qırmızı vərəqnin böyükl rolu olmuşdu. Belə kİ, yığmamızın müdafiəçisi Aqşin Hüseynov oyunun artıq 1-ci dəqiqəsində meydançadan kənarlaşdırılaraq komandamızı pis vəziyyətdə qoymuşdu.