Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının final mərhələsində ilk tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, C və D qrupunun matçları "Azərsun Arena" və "Dalğa Arena"da keçirilib. Mərdəkandakı arenadan fərqli olaraq "Qarabağ"ın stadionu yığmaların rəsmi oyunlarında debüt edüb.
C qrupunun favoritləri sayılan İngiltərə ilə Fransa ilk turda Skandinaviya təmsilçiləri ilə matçlarda büdrəyiblər. Fransızlar Danimarka ilə oyunda 2 xal itiribsə, ingilislər İsveçə uduzublar. İtaliya və İspaniya ilsə mübarizəyə qələbə ilə başlayıblar.
6 may
D qrupu
İtaliya - Serbiya - 2:1
Qollar: Canlukka Skamakka, 9, Moys Kin, 32 - İqor Maksimoviç, 77
Baş hakim: Mitya Jqanec (Sloveniya)
Bakı. "Azərsun Arena" stadionu
Hollandiya - İspaniya - 0:2
Qollar: Xordi Mboula, 16, Abel Ruiz, 52
Baş hakim: Frank Yoviç (Xorvatiya)
Bakı. "Dalğa Arena" stadionu
C qrupu
Fransa - Danimarka - 0:0
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Bakı. "Azərsun Arena" stadionu
İngiltərə - İsveç - 1:2
Qollar: Reyss Nelson, 62 - Joel Asoro, 4, 59
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
Bakı. "Azərsun Arena" stadionu