1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Dinamo"nun legioneri çempionat matçında öldü
Rumıniya çempionatında futbolçu ölümü qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, Buxarest "Dinamo"sunun legioneri Partik Ekenq "Vitorul"la matçda ürəyi dayanıb.
Belə ki, 26 yaşlı kamerunlu futbolçu ikinci hissədə meydana çıxıb və 7 dəqiqə sonra huşunu itirərək qazona yıxılıb. Həkimlər baş verənə cəld reaksiya göstərərək ilkin tibbi yardım göstəriblər. Bundan sonra futbolçunun xəstənaxaya göndərilməsi təşkil olunub. Ancaq Ekanq orada da özünə gəlməyib. O, reanimasiyada dünyasını dəyişib.
Qeyd edək ki, Patrik 2009-cu ildə gənclər yığmasının heyətində Afrika çempionatının gümüş medalçısı olub. O, həmin ildə gənclər arasında dünya çempionatında da iştirak edib, hər 3 matçda meydanda olub. Almaniya yığması ilə son qrup oyununda aldığı iki sarı vərəqəyə görə meydandan çıxarılıb.