1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gəncə boyda şəhər komandasının möcüzələri
Çoxlarınız "Lester”in İngiltərə çempionluğu barədə elə düşünürsüz ki, kimsə kimisə yenə də uddu və kiminsə bəxti gətirdi. Bu, doğrudanmı belədir?
Gəlin, bunun futbol yox, möcüzə olduğunu başa düşmək üçün aşağıdakı faktlara baxaq (həm də kim "Lester” haqqında film çəksə, bu məlumatlar ona kömək edər).
- Baş məşçi Kladuo Ranyerini Roman Abromoviç "Çelsi”yə gələndən sonra, dəbdə olmadığına və bəxtsiz olduğuna görə bu klubdan qovmuşdular. Onu əvəz edən Joze Mourinyo, görünür səhv edib, aşağılamaq məqsədi ilə Ranyerini məğlub (luzer) adlandırmışdı. Bu mövsüm Mourinyonu "Lester”ə məğlubiyyətdən sonra "Çelsi”dən göndərdilər.
- Lester şəhərində yaranan "Kasabian” musiqi qrupu bütün bu illər ərzində sədaqətlə kluba azarkeşlik edib. Onların "Fire” adlı mahnıları İngiltərədə həmişə oyundan əvvəl ifa olunub. Bu mövsümün əvvəlində onlar müsahibələrində növbəti dəfə "Lester”ə azarkeşlik edəcəklərini, bunun cəhənnəm olduğuna baxmayaraq, yorulmayacaqlarını və azarkeşliklərini davam edəcəklərini söyləmişdilər.
- Lester yaşayış məntəqəsi təxminən bizim Gəncə boyda yerdir. İndi bu komandanın sonuncu ev oyunu qalıb. Alverçilər bu oyuna biletin birini, bizim pula çevirdikdə, 34 min manatdan baha satırlar.
- "Lester”in əsas ulduzu Ceymi Vardini futbol məktəbindən qovublar. O protez hazırlayan tibb zavodunda işləyib. Ucuz qəlyanaltı pivəxanalarının birində dava etdiyinə görə həbs olunub, xücusi bilərziklə gəzib (bu, təxminən ev dustağını ifadə edir). Bu mövsüm isə Vardi ardıcıl 11 oyunda qol vurmaqla möhtəşəm rekorda imza atıb.
- Bir il əvvəl mövsümün açılışında Sky telekanalı "Lester”in yeni oyunçusu Nqola Kante barədə məlumat tapmamışdı və məlumat üçün kompüter oyunu olan "Football Manager"dəki profilini ekranda göstərmişdi. İndi isə Avropanın top komandalarının demək olar ki, hamısı Kantenin ovuna çıxıblar.
- Yarımmüdafiəçi Riyad Mahrezi "Lester” 350 min avroya almışdı (Bu məbləğ "Çelsi”nin ulduzu Eden Azarın həftəlik müqaviləsidir). Mahrezin alınması xəbərinə "Lester”in azarkeşləri "Bu, kimdir ki alıblar?” reaksiyasını vermişdilər. İl keçdi və o, liqanın ən yaxşı oyunçusu mükafatını aldı.
- Qapıçı Kasper Şmeyxel 2 may 2016-cı ildə ilk dəfə İngiltərə çempionu oldu. Onun 29 yaşı var. Kasperin atası, əfsanəvi qapıçı Peter Şmeyxel ilk dəfə İngiltərə çempionluğunu 2 may 1993-cü ildə qazanıb. Həmin vaxt onun 29 yaşı var idi.
- "Lester”in əvvəlki baş məşqçisini azarkeşlər çox sevirdilər (Məhz o, komandanı sıralama dərəcəsinə görə üçüncü olan liqadan birinciyə gətirmişdi). Amma onu – klubun üç futbolçusunun (onlardan biri məşqçinin oğlu idi) Tailandda eyş-işrətindən sonra – gözlənilmədən azad etdilər. Komandanın sahibi – tailandlı biznesmen sadəcə, hesab etdi ki, klubun ad-sanı məşqçinin populyarlığından daha vacibdir.
- Elə həmin sahibkar çempionluq halında oyunçulara təkcə mükafat yox, Las-Veqasda tam ödənilmiş bir istirahət söz vermişdi. Və daha nələr, nələr...
- Robert Hut birinci oyununu Ranyerinin rəhbərliyi altında "Çelsi”də keçirib. Amma tez gedib, bir neçə komanda dəyişib və heç yerdə uğura nail olmayıb. Sonuncu bazar ertəsinə qədər...
- Kristian Fuksun familiyası alman dilindən tərcümədə "tülkü” deməkdir. Bu heyvan isə "Lester”in əsas simvolu və talismanıdır.
- Endsi Kinq İngiltərə tarixində ilk futbolçudur ki, ardıcıl üçüncü, ikinci və indi də birinci divizionda qalib gəlib. Bax, sadiqlik budur!
Nə isə... Ümumiyyətlə əslində möcüzənin baş verdiyinə inanmaq lazımdır. Və gözlənilmədən İngiltərə əyalətində də bu, baş verə bilər. Hətta bukmeykerlər bu hadisəyə, Elvisin sağ olmasından daha böyük əmsal verirdilər.
Bəli, yüz haldan 99-da çempion kim olmalıdırsa, o olur. Ancaq həmin bir hal "Lester”in başına gəldi. Bu barədə həmişə düşünülsə, yaşamaq az da olsa, gözəl olar.
Bax məhz buna görə insanlar futbolu sevirlər.
RAQİB