"Futbolçularım hesabdan məyus idi. Çünki qol vurmaq üçün çox şansımız oldu. Lakin Azərbaycanın 2 şansı oldu və birində fərqləndilər". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Belçika yığmasının baş məşqçisi Tyerri Sike deyib. O, 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında Azərbaycanla görüşdən sonra keçirilən mətbuat konfransında bunları bildirib: "Azərbaycan yığması bu güclü komandalardan biridir. Bu oyun onlar üçün Portuqaliyadan daha rahat keçdi. Ancaq bizim oyun o qədər də asan keçmədi. Biz Azərbaycanda bu ölkənin yığmasına qarşı oynadıq. İlk 50 dəqiqədə hesabda önə çıxmaq üçün yaranan şanslardan istifadə etmədik. Ancaq Azərbaycanın bu cür əzmkar oyununu gözləyirik.Hər zaman oyunçularıma diqqətli olmalarını deyirəm. Bu səbəbdən onlar meydançaya arxayın çıxmalarını deyə bilmərəm. Hesab fərqli ola bilərdi".
Baş məşqçi Azərbaycan yığmasının heyətində fərqləndirdiyi 3 oyunçudan danışıb: "Fərid Nəbiyevi, Elçin Əsədovu və Baris Ekinyeri fərqləndirə bilərəm. Qarşımıza qoyulan məqsəd mümkün qədər irəli getməkdir. Oyunun 45-ci dəqiqəsindəki penalti epizoduna gəlincə, görmədim, amma ola bilərdi. Ancaq qeyd etməliyəm ki, Azərbaycan yığmasının bir oyunçusuna qırmızı vərəqə göstərilməli idi. Biz gərək hakimlərlə yığışıb iclas keçirək ki, belə məqamlar olmasın".