1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmməd Hüseynovun atası: "Oğlumda yüngül beyin silkələnməsi olub"
"Məmmədin vəziyyəti yaxşıdır. Ciddi problemi yoxdur. Ancaq oğlum üçün Avropa çempionatı başa çatdı".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının qapıçısı Məmməd Hüseynovun atası Namiq Hüseynov deyib. O, Avropa çempionatının final mərhələsində Belçika yığması ilə oyunda xəsarət alan oğlunun son durumu haqda danışıb: "Məmməddə yüngül formada beyin silkələnməsi olub. O, 14 gün istirahət edəcək".
Qeyd edək ki, Məmməd Hüseynov "Qarabağ" klubunun qapıçısıdır.