
"Leypsiq" klubu tarixində ilk dəfə Almaniya Bundesliqasına vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, bu komanda sona bir tur qalmış evdə "Karlsrue"ni 2:0 hesabı ilə yenib.
Qələbəni bayram edərkən, baş məşqçi Ralf Ranqnik zədələnib.
Qeyd edək ki, Azərbaycan yığmasının üzvü Dmitri Nazarov "Karlsrue"nin "18-liy"ində olsa da, meydana çıxmayıb. Hazırda bu klub 46 xalla 8-ci pillədə qərarlaşıb və Bundesliqaya vəsiqə şanslarını itirib.