
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq "Qarabağ" - "Valletta" oyununun təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubunun Malta təmsilçisi ilə cavab oyununu Avstriyadan olan hakim Aleksandr Harkam idarə edəcək.
Harkama Andreas Vitsşiglə Andreas Staudinger yardım edəcək. 4-cü hakim funskiyasını Rene Aysner yerinə yetirəcək.
Görüşün UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektor isə Gürcüstandan Levan Paniaşvili təyin olunub.





































































