1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Portuqaliyanın kapitanı: "Bəzi oyunçularımız üçün sonuncu oyundur"
"Hər iki komanda finalda görüşür. Bu isə komandaların güclü olduğunu göstərir". Sportnet.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının kapitanı Diequ Keyruş deyib.
O, Bakıda keçirilən Avropa çempionatının finalında İspaniya ilə baş tutacaq görüş haqda bunları bildirib: "Həlledici görüşdə qələbə qazanmağımızı istəyirəm. Bu çempionat bəzi oyunçularımız üçün sonuncudur və artıq növbəti yaş qrupuna yüksəlirik. 3 il bir yerdə olmuşuq. Sabahkı oyunda bir olmalıyıq və fərdi ustalığımızı da nümayiş etdirməliyik. Ancaq bu şəkildə kubok qazana bilərik".
Qeyd edək ki, Qeyd edək ki, İspaniya - Portuqaliya matçı mayın 21-də "Bakcell Arena"da keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.