1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Andorraya qalib gələ bilməyib - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, komandalar Avstriyanın Bad Erlah şəhərində üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma qolsuz bərabərliklə nəticələnib.
Bu, Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın 2016-cı ildə ikinci yoldaşlıq oyunu olub. Türkiyə toplanışı çərçivəsində Qazaxıstanla qarşılaşan milli komanda 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, mayın 23-dən Avstriyada təlim-məşq toplanışında olan milli hazırlığı iyunun 4-də başa vuracaq. Toplanış çərçivəsində digər rəqiblər Makedoniya (29 may) və Kanada (3 iyun) yığmaları olacaq.
Beynəlxalq yoldaşlıq görüşü
26 may
20:00. Azərbaycan - Andorra - 0:0