Formula 1 üzrə Avropa Qran Prisi günlərində "Bakı Metropoliteni" QSC-nin iş qrafiki məlum olub. Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
O, iyunun 17-19-da metronun "İçərişəhər", "Sahil", "28 May" stansiyalarının saat 02:00-a qədər açıq olacağını deyib: "Digər stansiyalar 00:00-da sərnişinlərin girişi üçün bağlanacaq. Lakin çıxış sərnişinlər üçün açıq qalacaq", - deyə N.Paşayev bildirib.
Qeyd edək ki, Avropa Qran Prisi 17-19 iyunda Bakıda keçiriləcək. (Report)