AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda çıxış etmiş Xorvatiya yığmasının final mərhələsi üçün yekun heyəti bəllidir. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ante Çaçiç 23 nəfərlik heyəti artıq açıqlayıb.
Geniş heyətdə olan futbolçulardan 4-ü - qapıçı Dominik Livakoviç ("Zaqreb"), müdafiəçi Due Çaleta-Tsar ("Zalsburq"), yarımmüdafəçilər Domaqoy Antoliç ("Dinamo", Zaqreb) və Alen Haliloviçdir ("Sportinq", Portuqaliya) sonda kənarda qalıb.
Qapıçılar: Daniel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rieka")
Müdafiəçilər: Dario Srna ("Şaxtyor", Ukrayna), Tin Yedvay ("Bayer", Almaniya), Şime Vrsalko ("Sassuolo", İtaliya), Qordon Şildenfeld ("Dinamo", Zaqreb), Vedran Çorluka ("Lokomotiv", Rusiya), Domoqoy Vida ("Dinamo", Kiyev), İvan Striniç ("Napoli", İtaliya)
Yarımmüdafiəçilər: Marko Roq, Ante Çoriç (hər ikisi "Dinamo", Zaqreb), Mateo Kovaçiç, Luka Modriç (hər ikisi "Real Madrid"), Marselo Brozoviç, İvan Perişiç (hər ikisi "İnter", İtaliya), İvan Rakitiç ("Barselona", İspaniya), Milan Badel ("Fiorentina", İtaliya)
Hücumçular: Marko Pyatsa ("Dinamo", Zaqreb), Mario Mancukiç ("Yuventus", İtaliya), Nikola Kaliniç ("Fiorentina", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Duye Çop ("Malaqa", İspaniya)
Qeyd edək ki, Xorvatiya millisi final mərhələsində İspaniya, Türkiyə və Çexiya ilə bir qrupa düşüb.