1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"İnter" CAS-a müraciətini geri götürdü
Bakının "İnter" klubu İdman Arbitraj Məhkəməsinə (CAS) şikayətini geri götürüb. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarının CAS tərəfindən ləğv edilmə ehtimalının çox az olması qənaətinə gəlinib.
Nəticədə klubun maliyyə vəsaitinin qorunmasını təmin etmək məqsədi ilə şikayətin geri çağırılması barədə qərar qəbul edilib. Həmçinin, "İnter”in cari mövsümdə Avropa Liqası zonasına düşməsi və UEFA-nın cəzasının bu il çəkilməsi CAS-a şikayətin geri götürülməsini şərtləndirən səbəblərdən biri olub.
Qeyd edək ki, martın 30-da UEFA CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, "İnter”in növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazandığı birinci mövsümdə iştirak hüququndan məhrum edib. İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan "İnter” və onun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, aprelin 11-də CAS-a müraciət edib və bu qərara yenidən baxılmasını xahiş edib. "İnter”in işlə bağlı zəruri sənədlər toplusunu qəbul etmiş CAS qarşı tərəfə (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirmək üçün vaxt verib.
Ötən müddət ərzində UEFA işlə bağlı mövqeyinin əks olunduğu sənədləri CAS-a və bir nüsxəsini "İnter”ə ünvanlayıb. "İnter” rəhbərliyi UEFA-nın sənədləri ilə tanış olub. Klubun sənədlərini geri götürməsi "bankirlər"in 2016-2017 mövsümündə avrokuboklarda iştirak etməyəcəyi anlamına gəlir. Hərçənd, "İnter" mövsümü 4-cü pillədə başa vurub.