1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qalatasaray" Rusiya yığmasının futbolçusunu istəyir
Rusiya milli komandasının və Almaniyanın "Şalke" klubunun futbolçusu Roman Noyştedter karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sportnet.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, 28 yaşlı müdafiəçinin transferində "Qalatasaray" rəhbərliyi maraqlıdır.
Təcrübəli oyunçunun hazırkı klubu ilə müqaviləsi iyunun sonlarında başa çatır. "Sarı-qırmızılar" onu azad agent kimi əldə etmək istəyirlər. "Qalatasaray" alternativ variant kimi Martin Şkrtelin İngiltərə "Liverpul"undan alınmasını da nəzərdən keçirir. Lakin hazırkı klubu slovakiyalı müdafiəçidən ötrü 5 - 7 milyon avro civarında qazanc əldə etmək niyyətindədir.
Noyştedter ötən mövsüm "Şalke"nin heyətində Bundesliqada 30 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu yaxınlarda Rusiya pasportu alan futbolçu 2016-cı il Avropa çempionatına yollanacaq heyətə salınıb. Çempionat iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq.