1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şehiç komandasını finala çıxardı - VİDEO
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç futbol üzrə Bosniya və Herseqovina yığmasını Yaponiyada keçirilən Kirin Kubokunda finala çıxarıb. Sportnet.az-ın məlumatına görə, 4 ölkənin qatıldığı turnirin Danimarka ilə yarımfinal matçında 28 yaşlı qolkiper bacarığını penaltilər seriyasında göstərib.
Şehiçin əsas heyətdə yer aldığı görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə nəticələnib. Qaydalara əsasən, bu halda əlavə vaxt olmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Bosniyalı qapıçı rəqibin 5 penaltisindən 1-ni dəf edib. Onun danimarkalı həmkarı Kasper Şmeyxel isə cəmi 1 penaltinin qapıya daxil olmasına imkan verməyib. Şmeyxel ilk, Şehiç ikinci penaltini qaytarıb. Danimarka millisinin 3-cü penaltisi isə qapının üstündən keçib.
Qeyd edək ki, Bosniya və Herseqovinanın finaldakı rəqibi Yaponiya - Bolqarıstan matçının qalibi olacaq.