1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin yeni transferi ispanlar üzərində qələbəyə şahid oldu - VİDEO
AVRO-2016-nın əsas favoritlərindən olan İspaniya yığması gözlənilməz məğlubiyyət alıb. Sportnet.az-ın məlumatına görə, son Avropa çempionu özundən aşkar zəif olan Gürcüstan yığması ilə evdə az öncə yekunlaşan yoldaşlıq görüşündə uduzub - 0:1.
Gürcülərə qələbə qazandıran qolun müəlifi 40-cı dəqiqədə fərqlənən yarımmüdafiəçi Tornike Okriaşvili olub. Hazırda Türkiyənin "Eskişehirspor" klubunda çıxış edən futbolçu bir vaxtlar Roman Qriqorçukun rəhbərliyi altında Ukrayna "Çernomorets"ində oynayıb.
Qriqorçukun rəhbərliyi altında "Qəbələ"də oynayacaq yarımmüdafiəçi Nika Kvekveskiri isə bu matçı sonadək ehtiyat oyunçular skamyasında keçirib. Slovakiyalı baş məşqçi Vladimir Vayss klubun yeni transferini ehtiyatda saxlayıb. Əvəzində "İnter"in sabiq müdafiəçiləri Aleksandr Amisulaşvili ilə Georgi Novalovski əsas heyətdə meydana çıxıblar.
Xatırladaq ki, Gürcüstan yığması final mərhələsində Türkiyə, Çexiya və Xorvatiya ilə bir qrupda mübarizə aparacaq İspaniya millisinin 11 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyub.