Avropa çempionatında daha 3 oyunun hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, həmin qarşılaşmalar iyunun 11-də keçiriləcək.
"Qarabağ"ın futbolçusu Ansi Aqollinin yer aldığı Albaniya yığmasının A qrupunda İsveçrə ilə görüşünü ispaniyalı referi Karlos Velasko Karbalyo idarə edəcək. Ona həmyerlilərindən Roberto Alonso Fernandeslə Xuan Karlos Yuste Ximenes yan xətt, Xesus Gil Manzano ilə Karlos Del Serro Qrande əlavə köməkçi hakim qismində yardımçı olacaq. Dördüncü hakim Pol van Bukel, ehtiyat köməkçi hakim Ervin Zeinstra (hər ikisi Hollandiya) təyin edilib. Hakim-inspektor isveçli Bo Karlsson, UEFA nümayəndəsi şotlandiyalı Alan Makraydır.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Günün digər oyunlarının hakimləri:
B qrupu:
20:00. Uels - Slovakiya
Baş hakim: Sveyn Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Aleksey Kulbakov
Ehtiyat köməkçi-hakim: Vitali Malutsin (hər ikisi Belarus)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Svetlana Xrınkeviç (Belarus)
23:00. İngiltərə - Rusiya
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Tasos Sidiropulos
Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Hakim-inspektor: Herbert Fandel (Almaniya)
UEFA nümayəndəsi: Roland Albert Ospelt (Lixtenşteyn).