1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Bizim dilimiz qısadır"
"Heyətdə bir az problemlərimiz oldu. Bu da gözlənilən idi. Komandada hər şey yağ kimi getmir. Biz də onlardan biriyik". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
Avropa Liqasında ölkəmizi təmsil edəcək Gəncə klubunda heyətdəki itkilərə daha biri əlavə olunub. "Kəpəz" əsas heyət oyunçularından olan Budaq Nəsirovun xidmətindən məhrum olub. Diniyev müqavilə ilə "Sumqayıt"a məxsus olan, ötən mövsüm onlarda icarə əsasında oynayan Nəsirovun gedişinə üzülsə də, reallıqla barışmalı olur: "Deməzdim ki, ideal vəziyyətdəyik. Bugünkü durum istədiyimiz vəziyyətdə deyil. Tərlan Quliyev, Namiq Ələsgərov, Juninyonun ardınca Budaq Nəsirovun da getməsi, əlbəttə, oyunumuza təsir edəcək. Bu, qaçılmazdır. Gedən futbolçular qalsaydı, daha da güclənsəydik, ideal vəziyyətdə olardıq. Budağın da olmaması bizə böyük problemlər yaşada bilər. Nəsirovun gedişini istəmirdik. Sadəcə, "Sumqayıt" bizə güzəştə getmədi. Ancaq Budaq bizdə Budaq oldu. "Sumqayıt"da heç bir oyunda meydançaya çıxmırdsısa, bizdə daim oynadı. Ancaq qanunlar var və buna riayət etməliyik. Futbolçu icarəyə gedirsə və onun 1 illik müqaviləsi varsa, şərtləri yetinə yetirilməlidir".
"Kəpəz"in çalışdırıcısı "Sumqayıt"ın onlara güzəştə getməli olduğuğu düşünür: "Çünki Budaq bizdə daha çox artıra bilərdi. Biz onu milli komandayadək yetişdirmişdik. Bu, pik nöqtədir. Nəsirov "Kəpəz"də yüksələn xətt üzrə hərəkət edirdi. Arzulayıram ki, "Sumqayıt"da da bunu davam etdirsin".
Diniyev "Sumqayıt"a Nəsirovu yenidən icarəyə götürmələrini təklif etdiklərini bildirib. Ancaq bu klubdan gələn cavab müsbət olmayıb - Nə icarəyə verilir, nə də satılır: ""Sumqayıt" bizə heç bir şərt irəli sürə bilməz. Çünki Budaq müqavilə ilə onların futbolçusudur. Klubu 1 ildən sonra onu icarəyə vermir, geri qaytarır. Deyir ki, özümüzə lazımdır. Biz bu məsələdə şərt qoya bilməzdik. Bizim dilimiz qısadır. Sadəcə, Budaq öz komandasını tapmışdı. Mənə elə gəlir ki, o, "Kəpəz"də daha möhtəşəm olacaqdı, nəinki "Sumqayıt"da. Biz onu gətirməklə Azərbaycan futboluna töhfə vermiş olduq. Bundan sonra aşağı düşəcəksə, çox əfsuslar olacaq. Ancaq heç kəsdən inciməyə, küsməyə yerimiz yoxdur. Futbolun qanunları var və onlara hörmət eləməliyik. Sadəcə, "Sumqayıt" bizə güzəştə getsəydi, daha yaxşı olardı".