1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Messidən rekord və Argentina finalda
Argentina yığması Amerika Kubokunun finalına yüksəlib. Sportnet.az-ın məlumatına görə, argentinalılar yarımfinalda ABŞ-ı 4:0 hesabı ilə məğlub edib.
Texas ştatının Hyuston şəhərində baş tutan qaşrılaşmada Esekiel Lavessi (3-cü dəqiqə), Lionel Messi (32) və Qonsalo İquain (50, 86) fərqlənib. Argentina yığmasının heyətində 112-ci oyununa çıxan Messi 55-ci qolunu vurub və komandanın tarixi ərzində ən yaxşı bombardirləri siyahısında birinci yerə yüksəlib. O, 77 oyuna 54 qol vuran Qabriel Batistutanı qabaqlayıb.
Digər yarımfinal matçında Kolumbiya və Çili yığmaları üz-üzə gələcək. Qarşılaşma iyulun 23-də Çikaqoda keçiriləcək.
Qeyd edək ki, final iyunun 27-də, üçüncü yer uğrunda görüş isə bir gün öncə baş tutacaq.