
Portuqaliya yığmasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu televiziya müxbirinin mikrofonunu suya atıb. Sportnet.az-ın məlumatına görə, hadisə bu gün Macarıstanla Avropa çempionatının oyunöncəsi gəzinti zamanı baş verib.
KİV nümayəndələrinə futbolçulara yaxınlaşmaq qadağan edilsə də CMTV-nin əməkdaşı Correio da Mania Ronalduya yaxınlaşaraq Lionel Messinin Argentina yığmasının heyətində Amerika Kubokunda ABŞ-a vurduğu qolu izləyib-izlmədəyini soruşub. Bu isə futbolçunun əsəbləşməsinə səbəb olub.
Nəticədə 31 yaşlı hücumçu mikrofonu jurnalistin əlindən ataraq yaxınlıqdakı çaya atıb.