İslandiya milli komandasının azarkeşi Qretar Siqfinnur Siqurdarsson qeyri-addım atıb. Sportnet.az-ın məlumatına görə, fanat milli komandasının AVRO-2016-da İngiltərə yığması ilə bugünkü 1/8 final oyununu izləmək üçün təyyarə kirayə edib.
Həmin "Boinq-737" təyyarəsi 180 nəfər üçün nzəərdə tutulub. Bu, azarkeşə 23,2 milyon İslandiya kronuna (168 min avroya) başa gəlib.
Siqurdarsson "Facebook"dakı şəxsi səhifəsində yazıb ki, bu gün səhər yola düşüblər və matçdan dərhal sonra qayıdacaqlar.