Bu gün AVRO-2016-da 1/4 final mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son yarımfinalçının adı turnirin təşkilatçısı Fransa ilə debütant İslandiya arasındakı matçda müəyyənləşib.
Bu yığmaların final mərhələsində ilk görüşü məhsuldar alınıb. Belə ki, fransızlar artıq ilk hissədə vurduqları 4 qolla matçın taıeyini öz xeyirlərinə həll ediblər. Oyun Didye Deşamın komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:2. İslandiya sonda belə ağır məğlubiyyətlə turniri tərk etməli olsa da, hər halda, öz oyunu ilə alqışa layiq olub.
Qeyd edək ki, Fransa iyulun 7-də Marseldə keçiriləcək yarımfinalda Almaniya iə qarşılaşacaq. Bundan 1 gün öncə Lionda baş tutacaq ilk yarımfinalda isə Uelslə Portuqaliya görüşəcək.
Avropa çempionatı, 1/4 final
3 iyul
23:00. Fransa - İslandiya - 5:2
Qollar: Olivye Jiru, 12, 59, Pol Poqba, 20, Dimitri Payet, 43, Antuan Qrizmann, 45 - Kolbeynn Siqtorsson, 56, Birkir Byarnason, 84
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Dördüncü hakim: Milorad Majiç
Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya)
Hakim inspektor: Pyerluici Kollina (İtaliya)
UEFA nümayəndəsi: Yanis Mejekis (Latviya)