
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ikinci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Almaniyanın Baden regional yığması ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub.
Yığmamız 3-cü turda Bremen şəhərinin komandası ilə görüşəcək.
Qeyd edək ki, turnirdəki ilk oyununda komandamız Meklenburq-Vorpommern regional yığmasına 2:1 hesabı ilə qalib gəlib.