1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-da final: Portuqaliya yığması çempion oldu - YENİLƏNDİ
Bu gün AVRO-2016-ya yekun vurulub. Sportnet.az-ın məlumatına görə, finalda meydan sahibi Fransa yığmasının rəqibi Portuqaliya millisi olub.
İyunun 10-da başlayan 1 aylıq mübarizənin qalibi portuqaliyalılar olub. Bu ölkənin yığması lideri, kapitanı Kriştianu Ronaldunu hələ ilk hissədə zədə üzündən itirsə də, bu, qalib olmaısna mane olmayıb. Portuqaliya yığması əlavə vaxtda hücumçusu Ederin vurduğu qolla qalib olub. Bununla da portuqaliyalılar tarixində ilk dəfə titul qazanıb. Bunadək 2004-cü ildə vətənlərində keçirilən Avropa çempionatının gümüş medalçısı olan Portuqaliya yığması nəhayət ki qitənin ən güclüsü olub. Bununla da dünyanın ən yaxşı futbolçularından olan 31 yaşlı Kriştianu Ronaldu yığma səviyyəsində ilk titulunu qazanıb.
Avropa çempionatı, final
10 iyul
23:00. Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)
Qol: Eder, 109
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kassai
Ehtiyat köməkçi-hakim: Györgi Rinq (hər ikisi Macarıstan)
Hakim-inspektor: Pyerluici Kollona (İtaliya)
UEFA nümayəndələri: Yanis Mejekis (Latviya), Julien Haulber (Fransa)
Sent-Denis. "Stad de France"