1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-da saxlanılanların sayı açıqlandı
Fransada keçirilmiş Avropa çempionatı vaxtı 1500-dən çox şəxs saxlanılıb, onların 59-u mühakimə edilib, 64-ü isə ölkədən çıxarılıb. Sportnet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Bernar Kaznöv bildirib.
"Hüquq-mühafizə orqanları 1 550 nəfəri saxlayıb, 891 nəfər nəzarət altına alınıb, 59 nəfərə azadlıqdan məhrumetmə və şərti həbs cəzası verilib, 64 nəfər isə ölkədən deportasiya edilib" deyə B.Kaznöv mətbuat konfransında vurğulayıb.
Qeyd edək ki, AVRO-2016 iyunun 10-dan iyulun 10-dək keçirilib və finalda ev sahibini əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən Portuqaliya milli komandası tarixində ilk dəfə qitə çempionu olub.