1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqova haqsızlıq edən hakim yenə onunla üz-üzə
UEFA "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiya "Viktoriya" klubu ilə ilk oyununu futbolumuz üçün düşərli olmayan hakimə tapşırıb. Sportnet.az-ın məlumatına görə, makedoniyalı Aleksandar Stavrevin indiyədək idarə etdiyi oyunlarımızı xoş xatırlamamağımız belə deməyə əsas verir.
Özü də Stavrev Berti Foqtsun milli komandamızın baş məşqçisi olduğu dövrdə matçlara təyinat alıb və ilk növbədə şübhəli penaltiləri ilə yadda qalıb. Bu, 2008-ci ildə Uelslə, 4 il sonra Rusiya yığması ilə səfərdəki rəsmi oyunlardır. Stavrev hər 2 oyunda Kamran Ağayevin qoruduğu qapıya 11 metrlik cərimə zərbəsi təyin edib. "Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqov Kardiffdə "Millenium" stadionundakı matçda rəqibə qarşı kobud oynamasa da, makedoniyalı haqsızlıq edərək penalti nöqtəsini göstərir. Ancaq Ağayev zərbəni dəf edə bilir. Sadəcə, bundan sonra milliləşdirilən braziliyalı yarımmüdafiəçimiz Fabio Luis Ramimə ikinci sarı vərəqəni göstərən Stavrev onu meydandan qovur. Azlıqda qalan millimiz 82-ci dəqiqədə buraxdığı qolla uduzur. Bununla da Fpqts millimizdə rəsmi debütü məğlubiyyətlə olur.
Moskvada "Lujniki" stadionunda keçirilən matçda da son 10 dəqiqədə buraxdığımız qolla 0:1 hesabı ilə məğlub oluruq. Qayda pozuntusu cərimə meydanında daxilində olmasa da, Stavrev penalti təyin edir. Rusların kapitanı Roman Şirokov dəqiq zərbəylə yığmasına qələbə qazandırır.
Stavrevin idarə etdiyi daha bir oyun da millimiz üçün səfərdə olub. Fərq ondadır ki, Çernoqoriya yığması ilə həmin matç yoldaşlıq görüşü olub və Podqoritsada 0:2 hesablı məğlubiyyətlə nəticələnib. Göründüyü kimi, Stavrevin baş hakimi olduğu oyunlarda nəinki bir qayda olaraq uduzuruq, qol da vura bilmirik.
39 yaşlı makedoniyalının artıq 10 ildir FİFA referisi olduğunu nəzərə alsaq, bu dərəcəni gənc yaşında aldığını görmək olar. Stavrev indiyədək dünya və Avropa çempionatının seçmə mərhələ oyunları ilə yanaşı, Çempionlar Liqası və Avropa Liqasının qrupunun matçlarını idarə edib.
Xatırladaq ki, "Viktoriya" - "Qarabağ" matçı iyulun 26-da Plzen şəhərində keçiriləcək.